JPMorgan Chase analitiklərinin hesablamalarına əsasən Yaponiya MB-nın valyuta bazarlarına etdiyi son intervensiya ölkəyə 512 mlrd. dollar həcmində maddi zərər verə bilər. Bankın valyuta araşdırmaları departamentinin rəhbəri Toxru Sasakinin sözlərinə əsasən 2012-ci ilin sentyabr ayınadək USD/JPY məzənnəsi 72 səviyyəsinə qədər ucuzlaşarsa bu zərərin həcmi dəfələrlə böyük olacaqdır. "Hazırda valyuta bazarlarında uzunmüddətli trendi intervensiya ilə dəyişmək çox çətindir" - Sasaki qeyd edir. "Bu cür tədbirlər qısamüddətli perspektivdə gözlənilən nəticəni qismən təmin etsə də, nisbətən uzunmüddətli perspektivdə yena dəyər qazanmağa davam edəcəkdir. İnvestorların risk maraqlarının yüksəlməsi dolların 10% dəyər itkisinə səbəb ola bilər" - o, əlavə etmişdir.

Uzunmüddətli perspektivdə USD/JPY məzənnəsi ucuzlaşa bilər 02.11.2011 11:26
- Baxılma sayı: 236
- SYMBOL
- BID
- MAX
- EURUSD
- 1.3231
- 1.3243
- GBPUSD
- 1.5634
- 1.5682
- USDCHF
- 1.0022
- 1.0039
- USDJPY
- 83.88
- 83.94
- AUDUSD
- 0.9643
- 0.9651
- USDCAD
- 1.0218
- 1.0246
- NZDUSD
- 0.7507
- 0.7509
- USDTRY
- 1.4886
- 1.4931
- OIL
- 85.05
- 85.18



