USJPY məzənnəsinin 78.25 səviyyəsini aşa bilməməsi alıcıları mövqelərinin bir qismini ixtisar etməyə sövq etmiş və bu da öz növbəsində qiymətlərin 77.30 səviyyəsinədək enişi ilə nəticələnmişdir. Hazırda bazarda ticarət həcmi də aşağı həddədir. Alış sərəncamlarının böyük əksəriyyəti 76.80/85 səviyyəsi ətrafında cəmləşmişdir. Bu səviyyənin kəsilməsi qiymətlərdə kəskin enişə səbəb ola bilər.




