Bu gün Asiya ticarət sesiyasında Yenanın dollar qarşısında məzənnəsi kəskin ucuzlaşmışdır. Bunun başlıca səbəbi Yaponiya MB-nın valyuta bazarlarına intervensiya etməsi ilə bağlı ehtimalların artmasıdır. Hazırda intervensiya ilə bağlı qəti açıqlamalar olmasa da bir sıra hakimiyyət rəsmilərinin son bəyanatları bu ehtimalları doğuldur. Belə ki, Yaponiya maliyyə naziri son açıqlamasında qeyd etmişdir ki, hökümət valyuta bazarlarında qəti addımlar atmağa hazırdır. Onun fikrincə hazırda valyuta bazarlarında spekulyativ aktivlik hədsiz dərəcədə yüksəkdir və bunun nəticəsi olaraq yenanın məzənnə səviyyəsi Yaponiyanın fundamental reallıqlarını əks etdirmir.




