0.8525 səviyyəsinin artım istiqamətində kəsilməsi cəhdlərinin uğursuzluqla nəticələnməsindən sonra USD/CHF məzənnəsində yenidən eniş dinamikası bərpa olmuşdur. Fond bazarlarındakı mənfi dinamikanın təsiri ilə İsveçrə frankına qarşı alış maraqları artmaqdadır. Citigroup valyuta strateqləri isə frankın məzənnə artımında əvvəlki templərin qorunacağına şübhə ilə yanaşırlar. Bank mütəxəssislərinin fikrincə həftəlik qrafiklərdə USD/CHF məzənnəsində kəskin divergensiya yaranmışdır. Qiymətlər 0.8525/50 müqavimət həddini kəsərsə bu 0.8950 səviyyəsinədək daha aktiv artım üçün əhəmiyyətli siqnal olacaqdır.




