Dünən ticarət sesiyası ərzində İsveçrə frankının dollar qarşısında məzənnəsi həftəlik maksimum səviyyəsinə yüksəlmişdir. Dilerlərin fikrincə dolların mövqelərini itirməsinin başlıca səbəbi investorlarda optimizmin yüksəlməsi olmuşdur. Dollar frank qarşısında 250 punkt məzənnə itirdikdən sonra valyuta cütünün 0.9020 qiymət səviyyəsində dəstək həddi yaranmışdır. Bu səviyyənin kəsilməsi qiymətlərin 0.8945 səviyyəsinədək enişinə şərait yarada bilər. Qeyd edək ki, hazırda USD/CHF məzənnəsi 0.9040 səviyyəsi ətrafında dalğalanır.




