İsveçrə MB frankın məzənnə artımının qarşısını almaqda çətinlik çəkir 11.08.2011 10:22

İsveçrə frankının digər valyutalar qarşısında məzənnəsi kəskin şəkildə artmaqdadır. Valyuta bazarlarındakı hazırkı yüksək dalğalanma şəraitində frankın sığınacaq valyuta statusu investorlar tərəfindən bu valyutaya qarşı tələbin artmasına şərait yaradır. Qeyd edək ki, ABŞ-ın yüksək dövlət borcu və Standard & Poor's agentliyi tərəfindən bu ölkənin kredit reytinqinin aşağı salınması fonunda frankın dollar qarşısında məzənnəsi bu ayın əvvəlindən 16% yüksəlmişdir. Maliyyə bazarlarında qeyri-stabillik yarandığı vaxtlarda ənənəvi olaraq dollara qarşı da tələbin artmasına baxmayaraq hazırkı durumda investorlar üçün əsas sığınacaq valyutası frank və yenadır. İsveçrə MB isə frankın məzənnəsində kəskin məzənnə artımının ölkənin ixrac potensialına göstərdiyi mənfi təsirinin qarşısını almağa çalışır. Bunun nəticəsi olaraq qurum çərşənbə axşamı verdiyi bəyanatında valyuta bazarlarına intervensiya etmək niyyətində olduğunu açıq şəkildə bildirmişdir. Lakin buna baxmayaraq elə həmin gün frankın dollar və avro qarşısında məzənnəsi 5% yüksəlmişdi. "Frankın məzənnəsi hədsiz yüksəlmişdir və bu deflyasiya təzyiqlərini artırmaqla İsveçrənin iqtisadi inkişafına təhlükə yaradır"- Mərkəzi Bankın hesabatında qeyd edilir. Mərkəzi Bankın faiz dərəcələrini 0 səviyyəsinədək endirməsinə baxmayaraq frankın məzənnə artımının qarşısını almaq mümkün deyil. Çərşənbə günü İsveçrə Mərkəzi Bankı yenidən verbal intervensiya etməyə çalışmış, lakin bu tədbirlər uğurlu olmamışdır. EUR/CHF məzənnəsi ticarət sesiyasının 1.025 minimum səviyyəsi ilə müqayisədə 1.035 səviyyəsinə geri dönmüş, USD/CHF məzənnəsi isə 0.7069 səviyyəsindən 0.7299 səviyyəsinədək yüksəlmişdir. Hazırda valyutanın bazardakı mövqeyini İsveçrə Mərkəzi Bankı deyil Avropa Mərkəzi Bankı və FRS müəyyənləşdirir. Avrozonada borc problemləri artır. Birləşmiş Ştatlarda da bu sahədəki gərginliklər artmaqdadır. İnvestorlar dünya iqtisadiyyatındakı durumla bağlı çox narahatdırlar. Bazarda risk maraqlarının aşağı olduğu bir vaxtda bu franka qarşı tələbi artırır.

 

  • Baxılma sayı: 355
Şərh əlavə et:
USDCHF məzənnəsində perspektivlər mənfidir Credit Agricole valyuta ...
28.03.2012
ətraflı
Citigroup frankı satmağı tövsiyyə edir Citigroup valyuta strateqləri ...
09.02.2012
ətraflı
Frankın məzənnəsi ucuzlaşır Dünən ticarət sesiyası ərzində İsveçrə ...
22.12.2011
ətraflı
USD/CHF məzənnəsi yeni minimum səviyyələrə enir Dünən ticarət ...
11.10.2011
ətraflı
İsveçrə MB frankın məzənnə artımının qarşısını almaq niyyətindədir ...
26.09.2011
ətraflı
USD/CHF məzənnəsində uzunmüddətli artış trendi siqnalları yaranır ...
09.09.2011
ətraflı
Fond bazarlarındakı dinamika USD/CHF məzənnəsinə ciddi təsir edə ...
23.08.2011
ətraflı
İsveçrə MB tərəfindən faiz dərəcələrinin aşağı salınması frankın ...
05.08.2011
ətraflı
İsveçrə frankı hazırda ən təhlükəsiz valyutadır İsveçrə Mərkəzi ...
04.08.2011
ətraflı
Frankın aktiv məzənnə artımı İsveçrə iqtisadiyyatına mənfi təsir ...
12.07.2011
ətraflı
  • SYMBOL
  • BID
  • MAX
  • EURUSD
  • 1.3231
  • 1.3243
  • GBPUSD
  • 1.5634
  • 1.5682
  • USDCHF
  • 1.0022
  • 1.0039
  • USDJPY
  • 83.88
  • 83.94
  • AUDUSD
  • 0.9643
  • 0.9651
  • USDCAD
  • 1.0218
  • 1.0246
  • NZDUSD
  • 0.7507
  • 0.7509
  • USDTRY
  • 1.4886
  • 1.4931
  • OIL
  • 85.05
  • 85.18
Məzənnələri seç
Foto və Video qalereya
maraqli sekiller maraqli sekiller maraqli sekiller maraqli sekiller maraqli sekiller
sahara wonderland
catalunya
fibonacci