EURUSD cütündəki məzənnə artımının ardından GBPUSD məzənnəsində də artım yaranmışdır. Valtuta cütü bir neçə dəfə 1.5545/50 müqavimət həddini qırmağa cəhd göstərsə də hələlik bu cəhdlər uğursuzdur. Dilerlərin fikrincə 1.5550 səviyyəsi önəmli müqavimət həddidir. Belə ki, bu səviyyədə 1.5780 səviyyəsindən 1.5408 səviyyəsinədək enişin 38.2% Fibonaççi korreksiya səviyyəsi yerləşir. Bu səviyyənin kəsilməsi qiymətlərin 1.5590 səviyyəsinədək artımına şərait yarada bilər. Societe Generale analitikləri isə GBPUSD məzənnəsində korreksiyanın davam edəcəyini proqnozlaşdırırlar. Bankın mütəxəssislərinin fikrincə müqavimət həddi qırılsa da bu korreksiya müvəqqəti xarakter daşıyacaqdır.




