Valyuta bazarları üzrə dərc edilən son göstəricilər spekulyantların funta qarşı satış əməliyyatlarını ixtisar etdiklərini göstərir. Beləliklə, funtun məzənnəsindəki artım cəhdləri yeni satıcıların marağını cəlb edə bilər. Morgan Stanley mütəxəssisləri GBPUSD məzənnəsinin 1.5870 səviyyəsində satış əməliyyatlarına başlamağı məqbul hesab edirlər. Zəif artım, monetar stimullaşdırma və aşağı inflyasiya səviyyəsi borc sənədi bazarı üçün müsbət faktorlardır. İnvestorların riskli aktivlərə marağının azalması tendensiyası qorunarsa funtun məzənnəsində artım perspektivləri zəifləyəcəkdir. Lakin, hələlik avro ilə müqayisədə funt investorlar üçün daha cəlbedici görünür.




