1.6180 səviyyəsi ətrafında GBP/USD məzənnəsinə qarşı təzyiqlər əvvəlkitək artmaqdadır. Qiymətlərin artım cəhdlərində valyuta cütünə qarşı satış maraqları da artır. Qiymətlərin eniş istiqamətində 1.6100 səviyyəsini hələ ki, kəsə bilməməsi bazarda durumun hələ də konstruktiv olduğunu təsdiqləyir. Lakin artım cəhdləri kifayət qədər ləngdir. 1.6095 səviyyəsindəki dəstək həddinin kəsilməsi qiymətlərin 1.6080 və 1.6065/55 səviyyələrinədək ucuzlaşmasına şərait yarada bilər.




