GBP/USD cütündə əsas diqqətlər çərşənbə axşamı ticarət sesiyasının maksimum səviyyəsinə yönəlmişdir. Qiymətlərin dəfələrlə 1.6470/75 səviyyəsinədək yüksəlişinə baxmayaraq bu səviyyənin kəsilməsi cəhdləri hələ ki, uğursuzluqla nəticələnir. Valyuta cütünün məzənnəsi bu səviyyəni aşarsa texniki cəhətdən qiymətlər 1.6745 səviyyəsinədək yüksələ bilər. Lakin hələlik bazarda alıcıların mövqeyi o qədər də inamlı görünmür.




