Yunanıstandakı son durumla əlaqədar investorların ehtiyatlı davranmaları avronun məzənnəsinin məhdud çərçivədə dalğalanmasına əsas yaradır. Avrozona ölkələrinin maliyyə nazirləri Yunanıstana yeni maliyyə yardımının həcmi barəsində razılığa gəlsələr də bu məsələ Almaniya, Avstriya, Finlandiya və Niderland parlamentində məhdudiyyətlərlə qarşılaşır. "Yunanıstan höküməti maliyyə yardımının növbəti tranşını almağa nail olsa da sərt iqtisadi tədbirlər və islahatlar məsələsi üzərində hələ çox işləmək lazım gələcək" - Tokyo-Mitsubishi UFJ bankı analitiki Sumino Kamei bildirir. "Avrozonadakı borc böhranı ilə əlaqədar narahatlıqlar yüksək həddədir və birjalara təzyiq göstərməyə davam edir" - o, əlavə etmişdir.




