Avstraliya MB-nın proqnozları ilə müqayisədə beynəlxalq maliyyə bazarlarında likvidlik səviyyəsi daha sürətlə artmışdır. Hazırda birjalarda investorların risk maraqları artır və bu mənada Avstraliya dollarına qarşı maraqlar da yüksəlir. Bunu nəzərə alaraq Avstraliya MB 2012-ci ilin I rübü üzrə AUDUSD məzənnəsi ilə bağlı proqnozlarını 0.96 səviyyəsindən 1.05 səviyyəsinə, II rüb üzrə proqnozlarını 0.98 səviyyəsindən 1.03 səviyyəsin, III rüb üzrə 1.00 səviyyəsindən 1.02 səviyyəsinə və nəhayət IV rüb üzrə proqnozlarını isə 1.00 səviyyəsindən 1.01 səviyyəsinə yüksəltmişdir. Avstraliya MB tərəfindən fevral ayı üzrə faiz dərəcələrinin azaldılmaması Avstraliya dollarının məzənnəsinə müsbət təsir göstərən növbəti faktordur.




