Hazırda maliyyə bazarlarında risk maraqlarının aşağı həddə olmasını nəzərə alaraq National Australia Bank analitikləri Avstraliya dollarının məzənnə perspektivlərini müsbət dəyərləndirirlər. Avroda satış əməliyyatlarının ixtisarı qiymətlərin artımına səbəb ola bilər. Eyni zamanda İran neftinə embarqo qoyulması ilə bağlı məsələlərin uzadılması Avstraliya dollarının ABŞ dolları qarşısında məzənnəsinin 1.0375 səviyyəsinədək artım ehtimallarını gücləndirir.




