Avstraliyada 2011-ci ilin dekabr ayı üzrə məşğulluq səviyyəsi göstəricilərinin dərcindən sonra Avstraliya dollarının ABŞ dolları qarşısında məzənnəsi ucuzlaşmışdır. Qeyd edək ki, iqtisadçıların böyük əksəriyyəti göstəricinin 10 000 artımla dərc ediləcəyini gözlədiyi bir vaxtda məşğulluq səviyyəsi gözlənilmədən 29 300 enişlə dərc edilmişdir. İşsizlik səviyyəsi də proqnozlaşdırılan 5.3% səviyyəsi ilə müqayisədə 5.2% səviyyəsinədək enmişdir. Bütün bunlara baxmayaraq, dilerlərin fikrincə Avstraliya dollarına qarşı tələb səviyyəsi yüksək həddə qalmağa davam edir. Yaxın gələcəkdə AUDUSD məzənnəsinin 1.0300/1.0450 səviyyələri ətrafında dalğalanacağı ehtimalı yüksəkdir.




