Dərc edilən müsbət makroiqtisadi göstəricilərin təsiri ilə Avstraliya dollarının məzənnəsində artım dinamikası yaranmışdır. Avstraliya Mərkəzi Bankı tərəfindən yayımlanan İşgüzar Fəallıq İndeksi dekabr ayı üzrə 3 punkt səviyyəsində dərc edilmişdir ki, bu da 7 aylıq maksimum səviyyədir. Ölkə baş nazirinin açıqlamaları isə Avstraliya dollarının məzənnəsinə əlavə müsbət təsir göstərir. Baş nazirin fikrincə Avstraliya dollarındakı yüksək məzənnə səviyyəsi istehsal, turizm və təhsil sektorlarına mənfi təsir edir və hökümət bu barədə məlumatlandırılmışdır.




