Citigroup valyuta strateqləri Tod Elmer və Stia Enqlanderin fikrincə Avrozonadakı durumla əlaqədar olaraq risk maraqlarının azalması AUDUSD məzənnəsində yeni maksimum səviyyələrin yaranmasına səbəb ola bilər. Mütəxəssislərin böyük əksəriyyəti qiymətlərin 1.2000 səviyyəsinədək yüksələcəyini proqnozlaşdırırlar. "Valyuta bazarlarındakı struktur dəyişikliklər Avstraliya dollarının məzənnəsinə müsbət təsir göstərəcəkdir. Belə ki, Böyük Üçlüyə daxil olan digər ölkələrlə müqayisədə Avstraliyada durum daha müsbətdir. Ölkə iqtisadiyyatı Asiya regionuna sız şəkildə bağlıdır ki, bu bazarlarda da yalnız cüzi eniş müşahidə edilir. Asiya bazarlarına sərmayə yatırmaqdan çəkinən investorlar isə daha effektiv investisiya sahəsi kimi Avstraliya iqtisadiyyatını seçə bilərlər. Yaxın gələcəkdə Avstraliya MB tərəfindən faiz dərəcələri aşağı salınsa belə bu göstərici digər ölkələrlə müqayisədə xeyli yüksək olacaqdır" - Citigroup mütəxəssisləri qeyd edirlər.




