Neft qiymətləri 8 aylıq maksimum səviyyəsinə yüksəldi 21.02.2012 12:18

Avropa Birliyi tərəfindən qəbul edilən embarqo qərarının ardından İranın Britaniya və Fransız şirkətlərinə neft ixracını dayandırmasından sonra bazar ertəsi Brent markalı neftin qiyməti 8 aylıq maksimum səviyyəsinə yüksəlmişdir. Çin və Yunanıstanla bağlı dərc edilən xəbərlər isə neft qiymətlərinə əlavə müsbət təsir göstərmişdir. Beləliklə, dünənki ticarət sesiyası ərzində Brent markalı neftin qiyməti hər barrelə görə 121.15 dollar səviyyəsinədək bahalaşmışdır. Qeyd edək ki, bu ötən ilin iyun ayından etibarən ən yüksək səviyyədir. ABŞ-da da neft qiymətləri ciddi artımla hər barrelə görə 105.44 səviyyəsinədək yüksəlmişdir ki, bu da ötən ilin may ayından etibarən ən yüksək səviyyədir. Bütün bunları nəzərə alaraq JP Morgan Chase Brent markalı neftin 2012-ci ilin sonu üzrə qiymət proqnozlarını 6 dollar artımla 118 dollar səviyyəsinədək yüksəltmişdir. 2013-cü il üzrə proqnozlar isə 121 dollar səviyyəsindən 125 dollar səviyyəsinədək artırılmışdır. Qeyd edək ki, İran, Suriya, Sudan, Nigeriya kimi dövlətlərdəki geosiyasi problemlər neft tələbatını artırır. 

 

  • Baxılma sayı: 127
Şərh əlavə et:
İri banklar ABŞ üçün təhlükəlidir Sent-Luis Federal Rezerv Bankının ...
18.05.2012
ətraflı
ABŞ FRS balansı azalır ABŞ Federal Rezerv Sisteminin portfel ...
18.05.2012
ətraflı
Asiya bazarlarında səhmlər ucuzlaşır Asiya bazarlarında Cümə günü ...
18.05.2012
ətraflı
Qeyri-standart tədbirlərin nəticəsi AMB idarə heyətinin üzvü ...
17.05.2012
ətraflı
PIM də Yunanıstanın avrozonanı tərk edəcəyini proqnozlaşdırır ...
17.05.2012
ətraflı
Neft ehtiyatlarının artması qiymətləri ucuzlaşdırır ABŞ-da neft ...
17.05.2012
ətraflı
ABŞ Fond Bazarlarında eniş dinamikası qorunur ABŞ Fond bazarında ...
16.05.2012
ətraflı
Yaponiyada maşınqayırma sifarişləri azalır Fevral ayı ilə müqayisədə ...
16.05.2012
ətraflı
Neft kontraktlarının alqı-satqı nəticələri Bazar ertəsi ABŞ-da neft ...
15.05.2012
ətraflı
Avrokrizis nəticəsində xam neftin qiyməti aşağı düşür Bazar ertəsi ...
15.05.2012
ətraflı
  • SYMBOL
  • BID
  • MAX
  • EURUSD
  • 1.3231
  • 1.3243
  • GBPUSD
  • 1.5634
  • 1.5682
  • USDCHF
  • 1.0022
  • 1.0039
  • USDJPY
  • 83.88
  • 83.94
  • AUDUSD
  • 0.9643
  • 0.9651
  • USDCAD
  • 1.0218
  • 1.0246
  • NZDUSD
  • 0.7507
  • 0.7509
  • USDTRY
  • 1.4886
  • 1.4931
  • OIL
  • 85.05
  • 85.18
Məzənnələri seç
Foto və Video qalereya
maraqli sekiller maraqli sekiller maraqli sekiller maraqli sekiller maraqli sekiller
waters journey
fibonacci
macro kingdom