Bu gün Avropa ölkələrinin maliyyə nazirləri Yunanıstana təqdim ediləcək II maliyyə yardımı paketi çərçivəsində ölkənin borc həcminin yenidən strukturlaşdırılmasının yeni şərtlərini müəyyənləşdirməyə çalışacaqlar. Kreditorların nümayəndələri təkliflərin bundan artıq həcmdə yumşaldılmasının mümkün olmadığı qeyd edirlər. Qeyd edək ki, Yunanıstanın borc həcminin hansı şəkildə transformasiya edilməsinin müəyyənləşdirilməsi müzakirələrin ən vacib mövzusundan biridir. Kreditorlarla son razılığın Avropa Birliyinin 30 tarixli sammitində əldə edilməsi gözlənilir ki, bunun da icrasına fevral ayında başlanılacaqdır. Qeyd edək ki, Yunanıstan Avrozona və BVF tərəfindən maliyyə yardımının II paketini almasa mart ayında 14.5 mlrd. avro həcmindəki borc öhdəliyini ödəyə bilməyəcəkdir ki, bu da bütövlükdə regionda durumu gərginləşdirə bilər.




