Bazeldə yerləşən Maliyyə Stabilliyi Şurasının (Financial Stability Board) məlumatlarına əsasən İsveçrə Mərkəzi Bankı tərəfindən frankın məzənnəsinin sərt şəkildə avroyla əlaqələndirilməsi İsveçrə iqtisadiyyatına mənfi təsir göstərə bilər. Qeyd edək ki, Maliyyə Stabilliyi Şurası Böyük 20-lər qrupu ölkələrinin nəzarət orqanları, Mərkəzi Bankları və Maliyyə Nazirliklərinin işinin əlaqələndirilməsini təmin edir. "Faiz dərəcələrinin aşağı olduğu bir vaxtda frankın məzənnəsinin avroya bağlanılması kreditləşdirmə həcminin artımı və İsveçrənin yerli mənzil bazarında balansın pozulması ilə nəticələnə bilər" - qurumun hesabatında qeyd edilir. Maliyyə Stabilliyi Şurası rəsmilərinin fikrincə İsveçrə Mərkəzi Bankı yaranmış son durumu diqqətlə təhlil etməlidir.



