İngiltərə MB üzvü Adam Pouzenin fikrincə ötən ilin dekabr ayında Britaniyada inflyasiya səviyyəsinin azalması bu göstəricinin bötüvlükdə 2012-ci il ərzində eniş dinamikasını qoruyacağından xəbər verir. Qeyd edək ki, noyabr ayı ilə müqayisədə ötən ilin dekabr ayında Britaniyada inflyasiya səviyyəsi 4.8% səviyyəsindən 4.2% səviyyəsinədək azalmışdır. İngiltərə MB mütəxəssislərinin fikrincə ölkədə inflyasiya səviyyəsinin artmasına təsir göstərən faktorların gücü azalmaqdadır və bunun təsiri ilə 2012-ci il ərzində inflyasiya səviyyəsində eniş tempi qoruna bilər. Ölkə iqtisadiyyatında inkişaf dinamikasının zəifləməsi əmək haqlarına və qiymətlərə mənfi təsir göstərir.




