Bu gün Avrozona üsrə Yeni sənaye sifarişləri və İngiltərə MB toplantı protokollarının dərci gözlənilir. Proqnozlara əsasən Fransada sənaye sektorunda İşgüzar Fəallıq İndeksi 49 səviyyəsinədək artımla, xidmət sektorunda İşgüzar Fəallıq İndeksi isə 52 səviyyəsinədək enişlə dərc ediləcəkdir. Almaniyada isə sənaye sektorunda İşgüzar Fəallıq İndeksinin 51.5 səviyyəsinədək artımla, xidmət sektorunda İşgüzar Fəallıq İndeksinin isə 53.8 səviyyəsinədək artımla dərc ediləcəyi ehtimalı yüksəkdir. İngiltərə MB son toplantı protokollarında isə iqtisadi stimullaşdırma tədbirlərinin dəyərinin 325 mlrd. funt səviyyəsinədək artımla dərc ediləcəyi gözlənilir. Yeni sənaye sifarişlərinin dekabr ayı üzrə 0.5% artımla dərc ediləcəyi proqnozlaşdırılır.




