AMB faiz dərəcələrini aşağı sala bilər 10.01.2012 11:06

Əksər analitiklərin fikrincə AMB-nın hazırkı rəhbəri Mario Draqi bu ilki fəaliyyəti ilə J.K.Trişeni deyil, daha çox B.Bernankeni xatırladacaqdır. Avrozonada böhranın ikinci mərhələsinin başlaması ehtimalını nəzərə alaraq AMB faiz dərəcələrini 1% səviyyəsindən də aşağı sala və beləliklə yerli banklara balanslarını artırmağa şərait yarada bilər. Qeyd edək ki, ötən ilin noyabr ayında M.Draqi AMB rəhbərliyinə təyin olunduqdan sonra Avrozona banklarının toplam balansı 17% yüksəlmişdir. Bu cür siyasət J.K.Trişenin fəaliyyətindən kəskin şəkildə fərqlənir. Bank of America Corp. və Jefferies International Ltd. analitiklərinin fikrincə M.Draqi attığı addımlarla daha çox B.Bernankeni xatırladır. "Trişe və Draqinin fəaliyyət prinsiplərində kəskin fərqlər var. Draqinin atdığı addımlar Bernankenin iş üslubuna daha yaxındır" - Bank of America Merrill Lynch Avrozona üzrə baş iqtisadçısı Lourens Bun bildirir. AMB tərəfindən faiz dərəcələrinin aşağı salınması ilə bağlı perspektivlər EURUSD məzənnəsinə mənfi təsir edə bilər. UBS valyuta strateqi Bit Ziqentalerin fikrincə valyuta cütündə müşahidə edilən nisbi artıma baxmayaraq EURUSD məzənnəsi 2012-ci ili 1.25 səviyyəsində başa vuracaqdır. 

 

 

  • Baxılma sayı: 202
Şərh əlavə et:
Qeyri-standart tədbirlərin nəticəsi AMB idarə heyətinin üzvü ...
17.05.2012
ətraflı
PIM də Yunanıstanın avrozonanı tərk edəcəyini proqnozlaşdırır ...
17.05.2012
ətraflı
Avropadakı siyasi qeyri-müəyyənliklərin fonunda avro dəyər itirir ...
14.05.2012
ətraflı
Britaniyanın mənzil bazarında aktivlik azalır RİCS tərəfindən mənzil ...
08.05.2012
ətraflı
Avrozonada işsizlik səviyyəsi maksimum həddədir Mart ayında ...
02.05.2012
ətraflı
Almaniyada pərakəndə satış sektoru üzrə proqnozlar qismən özünü ...
30.04.2012
ətraflı
Fransada işsizlik səviyyəsi artmağa davam edir Mart ayı üzrə ...
27.04.2012
ətraflı
İtaliyada İşgüzar İnam İndeksi 2 illik minimum səviyyəsindədir ...
27.04.2012
ətraflı
M.Draqi Avrozona iqtisadiyyatına əmindir AMB rəhbəri M.Draqinin ...
25.04.2012
ətraflı
İsveçrədə Ticarət Balansı Saldosu azalır Federal Gömrük İdarəsinin ...
24.04.2012
ətraflı
  • SYMBOL
  • BID
  • MAX
  • EURUSD
  • 1.3231
  • 1.3243
  • GBPUSD
  • 1.5634
  • 1.5682
  • USDCHF
  • 1.0022
  • 1.0039
  • USDJPY
  • 83.88
  • 83.94
  • AUDUSD
  • 0.9643
  • 0.9651
  • USDCAD
  • 1.0218
  • 1.0246
  • NZDUSD
  • 0.7507
  • 0.7509
  • USDTRY
  • 1.4886
  • 1.4931
  • OIL
  • 85.05
  • 85.18
Məzənnələri seç
Foto və Video qalereya
maraqli sekiller maraqli sekiller maraqli sekiller maraqli sekiller maraqli sekiller
leaf
nectar
catalunya