Avropa Mərkəzi Bankı ötən həftə Avrozona ölkələrinin dövlət borc sənədlərinin satışı ilə bağlı hərraclarda iştirak etdiyini təkzib edir. Qeyd edək ki, ötən ilin avqust ayından etibarən ilk dəfə olaraq AMB bu tip tədbirdə iştirak etməmişdir. Dövlət borc sənədlərinin alışı ilk növbədə maliyyələşdirmədə çətinlik çəkən ölkələrə dəstək məqsədilə qəbul edilmiş proqramdır. AMB artıq bu proqram çərçivəsində İtaliya və İspaniyaya maliyyə yardımı göstərmişdir. Belə ki, dövlət borc sənədlərinin AMB tərəfindən alışı bu qiymətli kağızlarda dəyər artımına şərait yaradır və gəlirlilik üzrə faiz dərəcələrini münasib həddə qorumağa imkan verir. Son bir neçə ay ərzində AMB Avrozona ölkələrinin dövlət borc sənədlərini aktiv şəkildə almışdır ki, bununla da bu ölkələrdə borc sənədləri üzrə faiz dərəcələrini uyğun səviyyəyədə qorumaq mümkün olmuşdur. 2 həftə öncə AMB 59 mln. avro dəyərində dövlət borc sənədlərini almışdır. Yeni kredit böhranının qarşısını almaq məqsədilə ötən ilin dekabr ayında AMB tarixində ilk dəfə olaraq yerli banklara qeyri-məhdud həcmdə 3 illik kredit proqramını qəbul etmişdir. Bu proqramın qəbulundan sonrakı ilk həftə ərzində 500 Avropa bankı Mərkəzi Bankdan 489 mlrd. avro həcmində kredit almışdır ki, bu da proqnozları xeyli üstələmişdir. Hazırda isə AMB atdığı addımlarla borc sənədlərinin alışı proqramında fasilə verdiyinə işarə edir.

AMB borc sənədlərinin alışı proqramına fasilə verir 21.02.2012 12:18
- Baxılma sayı: 135
- SYMBOL
- BID
- MAX
- EURUSD
- 1.3231
- 1.3243
- GBPUSD
- 1.5634
- 1.5682
- USDCHF
- 1.0022
- 1.0039
- USDJPY
- 83.88
- 83.94
- AUDUSD
- 0.9643
- 0.9651
- USDCAD
- 1.0218
- 1.0246
- NZDUSD
- 0.7507
- 0.7509
- USDTRY
- 1.4886
- 1.4931
- OIL
- 85.05
- 85.18



