ABŞ FRS-nin son açıqlamalarına istinadən qurum faiz dərəcələrini ən azı 2014-cü ilin sonunadək aşağı həddə qorumağa davam edəcəkdir. Belə ki, dünya maliyyə bazarlarındakı gərginliklər risk ehtimallarını minimum səviyyədə qorumağı vacib edir. Qurumun proqnozlarına əsasən bu müddət ərzində ölkədə inflyasiya səviyyəsi məqbul hesab edilən və bundan aşağı səviyyədə olacaqdır. Qeyd edək ki, FRS-nin yeni açıqlamalarından sonra qızıl qiymətləri hər unsiyaya görə 1700 dollar səviyyəsini aşmışdır.




