İşsizlik təzminatıyla bağlı müraciət edənlərin sayının artımla dərci ABŞ əmək bazarında durumun stabil olmadığını göstərir. Dərc edilən məlumatlara əsasən ötən həftə işsizlik təzminatıyla bağlı müraciət edənlərin sayı 21 000 artımla 377 000 səviyyəsinədək yüksəlmişdir. Qeyd edək ki, iqtisadçıların böyük əksəriyyəti göstəricinin 23 000 artımla 375 000 səviyyəsində dərc ediləcəyini proqnozlaşdırırdılar. Hazırda ABŞ-da işsizlik səviyyəsi 8.5% səviyyəsindədir ki, bu da 2009-cu ilin fevral ayından etibarən minimal göstəricidir. ABŞ iqtisadiyyatındakı artım meyllərinə baxmayaraq işsizlik səviyyəsinin zəif templərlə azalacağı gözlənilir.




