Qrafikə əsasən güman etmək olar ki, İsveçrə frankının məzənnəsində mövcud tendensiya qorunur. Hazırda qiymətlər IV korreksiya dalğasının formalaşma mərhələsindədir. Aktiv enişlər III dalğaya işarə edir. Lakin nəzərə almaq lazımdır ki, artıq artım istiqamətində ciddi korrektiv hərəkət də yaranmışdır. Korreksiya davam edərsə qiymətlər maksimum səviyyələrədək yüksələ bilər (62%).