Mütəxəssislərimizin rəyi:
Qrafikdən göründüyü kimi valyuta məzənnəsi IV dalğanın üçbucaq korreksiya zonasındadır. Bazarda ticarət həcmləri aşağı səviyyədədir. Qiymətlərdə kəskin eniş və yeni impuls dalğasının yaranacağını istisna etmək olmaz. Bununla bağlı yekun siqnal qiymətlər 1.7045 maksimum səviyyəsini kəsərsə yaranacaqdır. Hazırda funtun gələcək taleyini qəti şəkildə proqnozlaşdırmaq çətindir. Qiymətlər üçbucaq diapazonundan çıxdıqdan sonra bazarda yeni tendensiya başlaya bilər.
Mütəxəssislərimizin rəyi:
Alternativ varianta əsasən eniş tendensiyası dalğa uzantısı ilə tamamlanmışdır. Qiymətlər artıma davam edərək A dalğasının təpə nöqtəsini qırarsa bu C impuls dalğasının yaranmasına təkan verəcəkdir. Hazırda valyuta məzənnəsi trend xətti üzərində korreksiya mərhələsindədir. Böyük ehtimalla yaxın gələcəkdə eniş istiqamətində hərəkət davam edəcəkdir. Alış istiqamətində yeni siqnalların yaranmasını gözləmək lazımdır.